Bərdədə sərxoş sürücü qəza törətdi - FOTO

OXUNUB: 15 HADİSƏ

Bərdə rayonunda yol qəzası baş verib.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107"in sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxıb.

Qəza nəticəsində minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına catırılıb. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər.

 

Həkim müayinəsindən sonra sürücünün sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı rayon polisində araşdırma aparılır.


İcmal.Az

RƏYLƏR