Bərdədə yol kənarında yeni doğulmuş körpə tapıldı

OXUNUB: 620 HADİSƏ

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.

Yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan bildirib ki, körpə yeddi aylıq doğulub: "Aparılan müayinlərdən sonra körpənin öldüyü məlum olub". /report

İcmal.Az

RƏYLƏR