Bərdədə yük avtomobilləri toqquşub: Ölən var – FOTO

OXUNUB: 857 HADİSƏ

Bərdədə iki yük avtomobili toqquşub, ölən var.

hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb.

Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi "Qazel” markalı yük maşını qarşıda gedən "Shacman” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində həyatını itirən 1991-ci il təvəllüdlü Süleymanov Yasin Hüseyn oğlu, "Qazel”i  idarə edən sürücü Hüseyn Süleymanovun övladıdır.

Faktla bağlı araşdırma aparılır./apa

İcmal.Az

 


RƏYLƏR