Bərdənin Qasımbəyli kəndində at əti aşkarlanıb

OXUNUB: 1570 GÜNDƏM İDMAN HADİSƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ TƏHLİL

Bakı. 29 aprel. / Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Bərdə rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Hamlet Əli oğlu Quliyeva məxsus xüsusi əraziyə baxış keçirilib. Bu barədə "Report”a DBNX-nin mətbuat xidmətindən məlumat verilib.

Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazımatlar aşkar olunub.

Aşkar edilmiş, şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Qasımbəyli kənd sakini H.Quliyeva məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan at cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Bu, son zamanlar Bərdə rayonunda aşkarlanan 3-cü analoji hadisədir. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

float: left; width: 100%;">

RƏYLƏR