Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək

OXUNUB: 765 SOSİAL
İyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.


Bu barədə məlumat Dünya Azərbaycanlıları Assambleyasından daxil olub. Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə ana və körpəsinin erməni gülləsindən vəfat etməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.

Akiyada səsləndiriləcək şüarlar : "Sarkisyan uşaq qatilidir”, "Terrora , təcavüzə dur deyirik”,  "Uşaq ölümlərinə son” , "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” 

Mitinqlə bağlı icazə Alman polisinə xəbərdarlıq məktubu bugün təqdim ediləcəkdir. 

Qeyd edək ki aksiya, aşağıdakı ünvanda və tarixdə keçiriləcəkdir :/olke.az

Tarix : 09.07.2017
Zaman : 15.00
Yer : Ermənistanın Berlindəki səfirliyi qarşısı 
Ünvan : Nußbaumallee 4, 14050 Berlin

RƏYLƏR