“Beşiktaş” millimizin oyunçusu üçün Bakıya gəlir

OXUNUB: 793 İDMAN

"Qarabağ”ın hücumçusu Mahir Mədətov karyerasını "Beşiktaş"da davam etdirə bilər.

İcmal.Az "Futbol+"a istinadən xəbər verir ki, Türkiyə klubu Azərbaycan millisinin üzvünə "elçi düşüb".

İstanbul nəhəngi Mədətov üçün "Qarabağ"a rəsmi təklif də göndərib. 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da bu keçidə qarşı deyil. Sadəcə, qarşı tərəf bunun üçün klub rəhbərliyini də razı salmalıdır. 

"Beşiktaş"ın baş məşqçidi Şenol Günəşin "Qarabağ" - "Çelsi" matçını izləməsi təsadüfi deyilmiş. Təcrübəli mütəxəssis məhz Mədətovu izləmək üçün Bakıya təşrif buyurub.

İcmal.Az

RƏYLƏR