“Beşiktaş”ın oyunçusu matçöncəsi sərxoş yaxalandı – FOTO

OXUNUB: 805 İDMAN

Bütün gözlər Türkiyənin "Beşiktaş” klubunun bu axşam Çempionlar Liqasında Almaniyanın "Bayern” komandası ilə keçirəcəyi oyuna çevrilmişkən, İstanbul təmsilçisinin futbolçusu Cermeyn Lens sərxoş halda paparazzilərə tuş gəlib.

 İngiltərənin "Sanderlend” klubundan icarəyə götürülmüş "Fənərbaxça”nın sabiq futbolçusu dostları ilə əylənərkən içkinin qədərini qaçırıb.

Hollandiyalı futbolçu bir gecədə üç gecə klubu gəzib. Lens Arnavutköydə sərxoş halda gedərkən fotoqraflara tuş gəlib və dərhal paltosu ilə üzünü gizlətməyə çalışıb. Onun dostları bu işdə futbolçuya kömək ediblər.

Məşhur futbolçunun təkcə üzünü deyil, döymələrini də gizlətməyə çalışan dostları jurnalistlərə "Komanda onsuz da pis gedir. Çəkməyin! Buraxın, evə gedək”, – deyə reaksiya veriblər.

Qeyd edək ki, "Beşiktaş” bu gün Bakı vaxtı ilə saat 23:45-də Münhenin "Alyans Arena” stadionunda "Bayern”lə ilk matçına çıxacaq.  /oxu

İcmal.Az

RƏYLƏR