Beyləqanda ər arvadını çəliklə ömdürməyə cəhd etdi

OXUNUB: 124 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun  şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
7NEWS.az

RƏYLƏR