Beyləqanda iki yaşlı uşaq eyvandan yerə yıxılıb

OXUNUB: 551 HADİSƏ

Beyləqan rayonunda körpə eyvandan yerə yıxılaraq ağır xəsarət alıb.

Rayonun Dünyamalılar kəndində 2015-ci il təvəllüdlü Zülfüqarov Adəm Elməddin oğlu yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.

Körpə ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir./report

 

İcmal.Az

RƏYLƏR