“Beynəlxalq Bank”ın xarici borcu restrukturizasiya edilib

OXUNUB: 823 İQTİSADİYYAT

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin restrukturizasiyası prosesi tamamlama mərhələsinə çatıb. Bankın 2,4 mlrd. dollarlıq xarici borc öhdəliklərinin restrukturizasiyası prosesləri tamamlanıb.

İcmal.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin hesabatında qeyd edilir.

Bildirilir ki, Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları 2017-ci ildə 900 milyon manat məbləğində kapital inyeksiyası təmin edib.

Ötən il 2,7 milyard dollar həcmində toksik aktiv "Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürülüb.

İcmal.Az

RƏYLƏR