BEYNƏLXALQ FORUM İŞTİRAKÇILARININ GƏNCƏ SƏFƏRİ BAŞ TUTDU

OXUNUB: 373 SOSİAL
Zəfər gününə həsr olunmuş "Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forum çərçivəsində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər və fəal gənc ekspertlərin növbəti səfəri Gəncə şəhərinə baş tutub.

Səfərin məqsədi Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən  mülki əhaliyə qarşı törətdilən müharibə cinayətlərini Avropalı nümayəndələrə canlı göstərmək, dağıntılarla tanış etmək olub.

Nümayəndələr ziyarət zamanı mülki əhaliyə qarşı törədilmiş bu cinayət əməlini pisləyərək, bu müharibə cinayətini beynəlxalq səviyyədə dünyaya çatdırmaq üçün çalışacaqlarını bildirib, bu sahədə fəaliyyətləri barəsində fikirlərini çatdırıblar. Qonaqlar həlak olan insanların xatirəsini anaraq, əraziyə gül dəstələri yerləşdiriblər .

Gəncə səfəri Forumun proqramına uyğun olaraq "Mülki əhaliyə qarşı terror haqları və gənclər buna susmamalı” adlı panel müzakirəsi ilə davam edib. Panel müzakirəsində millət vəkilləri,  qeyri-hökümət təşkilatlarının nümayəndələri, eləcə də xarici qonaqlar iştirak edib.

Avropalı  qonaqlar mülki əhaliyə qarşı törədilən bu əməllərin müharibə cinayəti, hərbi cinayət olduğunu qeyd edib,  Ermənistanın bu əməlinə qarşı dünyanın münasibət bildirməsini və dünyanın susmamasına çağırışlar ediblər.

Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbul edilib.

Həmçinin, müzakirələr zamanı Avropanın gənclər təşkilatlarının iştirakı ilə mərkəzi Bakı şəhərində olan "Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən Beynəlxalq Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.

Forumun davamlı olaraq keçirilməsi nəzərdə tutulub.
 
 

RƏYLƏR