BİABIRÇILIQ: "1000 bərəkət, halal nemət"də haram tikə - YENİLƏNİB - FOTO

OXUNUB: 8835 Seçilmiş Önəmli GÜNDƏM İQTİSADİYYAT

Azərbaycanda müxtəlif çeşidli kolbasa və sosiska istehsalı ilə tanınmış "Səhliyalı" şirkətinin istehsalı olan "Halal nemət, 1000 bərəkət" markalı məhsulun içindən qurd şıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Şirkətin "Halal nemət, 1000 bərəkət" markalı "Sacüstü sosiskaları"nın içindən qurd tapan istifadəçi məhsulun şəklini çəkərək sosial şəbəkələrdə yayıb.
 

Bu xəbər qısa müddətdə şirkətə də çatıb və artıq məsələ ilə əlaqədar araşdırmalara başlanıb. Hazırda şirkətin bütün əməkdaşları faktı araşdırmağa çalışır.
 

Maraqlıdır ki, "Səhliyalı" MMC-dən Modern.az saytına bildirdilər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bütün bunlara baxmayaraq araşdırma aparırlar.
 

 

"Şəkildə də görünür ki, onun yanındakı kolbasa məhsulunun üzərində etiket olsa da, digərində şirkətə məxsus heç bir etiket yoxdur. Yəni həmin məhsulun bizim şirkətə aid olması şübhə yaradır. Odur ki, hazırda şirkətin bütün əməkdaşları bununla bağlı araşdırmalar aparırlar".

Qeyd edək ki, "Səhliyalı" şirkəti 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb. 

---------
13:36

"1000 bərəkət, halal nemət" markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxıb

İCMAL.az qafqazinfo-ya istinadən xəbər verir ki, foto bu markanın "Sacüstü sosiskaları" məhsuluna müraciət edən istifadəçi tərəfindən facebook sosial şəbəkəsində paylaşılıb.
İCMAL.az
 


RƏYLƏR