BİABIRÇILIQ: həyat yoldaşlarının dəyişdirilməsi xidməti İŞƏ BAŞLADI - FOTO

OXUNUB: 1984 DÜNYA

Həyat yoldaşının dəyişdirildiyi partilərlə iştirak etmək istəyənlər üçün Fransada "Le Diamant Noir" adlı xüsusi düşərgə fəaliyyətə başlayıb.

Ölkənin cənubunda yerləşən Dordogne bölgəsində açılan düşərgədə qalmağın bir günü 25 avrodan başlayır.

Düşərgənin internet saytında yerləşdirilən məlumatlara görə, düşərgədə bu xidmətlərdən istifadə etmək mümkündür: su idman növləri, çılpaq partilər və digər atəşli oyunlar...

Düşərgədə olan bir barda isə müştərilər gözləri bağlı gecə əyləncələrinə qatıla bilərlər.

Bara yalnız evlilər deyil, subaylar da girə bilər. Bara giriş üçün kişilər 45, qadınlar isə 12 avro ödəməlidir.

 

"Le Diamant Noir" düşərgəsinin qurucusu Mazaferro qeyd edir ki, burada qalmaq üçün müraciət edənlərin sayı xeyli çoxdur.

Düşərgədə qalmaq istəyənlərə özləri ilə çadır gətirmələrinə icazə verilir. Amma onlar düşərgəyə məxsus mobil evlərdə də qala bilərlər./Publika.az

 İcmal.Az


RƏYLƏR