BİABIRÇILIQ: Sərnişini yolda qoyan taksi xidməti - EKONOM TAKSİ (9111)

OXUNUB: 2003 Özəl Seçilmiş Önəmli HADİSƏ
Son vaxtlar Azərbaycan bazarında özəl taksi şirkətlərinin sayı artıb.  Belə ki, Bakı sakinləri küçədə qarın, yağışın və ya qızmar yay günəşinin altında  saatlarla taksı gözləmək zülmündən  azad olublar. Sadəcə bir neçə nömrəni yığmaqla və ya internet vasitəsilə istədiyin məkana və uyğun vaxta taksi sifariş etmək olur. Amma təəssüf ki, öz işini  keyfiyyətlə görən şirkətlərlə yanaşı müştərilərini saymayan  və əziyyət  verən şirkətlər də az deyil. 

Həmsöhbətimiz Səyyad  Əsgərov belələrindən biri ilə rastlaşıb. Onun sözlərinə görə,  16 noyabr 2017 ci il tarixdə təqribən saat 19.35 radələrində  *9111 Ekonom taksi şirkətindən taksi sifariş edib. İki saat 30 dəqiqə gözləməsinə baxmayaraq taksi elə də gəlməyib. "Bu zaman kəsiyində mənə üç ədəd müxtəlif növ avtomobil göndərəcəyini vəd etdilər, lakin heç bir dənə də avtomobil gəlmədi.  İlk öncə 90-ML-034 nömrə nişanlı ağ Hyundai göndərdiklərini SMS-lə  bildirən operataor daha sonra iki başqa avtomobil göndərəcəyini vəd edərək sonda məni maşınsız qoydularr”, - deyə Əsgərov bildirir. 


Nəticədə sərnişin taksini gözlədiyi müddətdə işə geciikib, buna görə əmək haqqından pul tutulub və  rəhbərliyi tərəfindən əlavə töhmətlə cəzalandırılıb.


Taksi xidməti isə bunun müqabilində sərnişinə hər hansı kompensasiya ödəməyib. 

Bəs görəsən bu kimi keyfiyyətsiz  taksi xidməti ilə rastlaşan müştərilərin nə kimi hüquqları var. 

Bunu araşdırmaq üçün Azərbaycan Respublikası Iqtisadi və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və   İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinə müraciət etdik. Xidmətin qaynar xəttindən aldığımız məlumata görə, bu kimi hallarla rastlaşan müştəri  adı çəkilən dövlət qurumuna müraciət edə bilər. Dövlət qurumu məsələni araşdıraraq xidmət rəhbərliyindən təyin olunan sürücü və operatorun cəzalandırılmasını tələb edə bilər. Belə şikayətlərin sayı artarsa onda şirkətin  fəaliyyətinin dayandırılması  məsələsi gündəmə gələr. Əgər müştəri ona dəyən ziyanın maddi qarşılığını tələb edirsə şirkəti məhkəməyə verib  kompensasiya tələb etmək hüququna malikdir. 

Məsələ ilə bağlı taksi xidmətinin özünə də müraciət etdik. *9111 nömrəsinə zəng vuraraq məsələyə aydınlıq gətirə biləcək bir şəxslə bizi calaşdırmalarını rica etdik. Operator  sualı cavablandıracaq şəxsin nömrəsinin sms vasitəsi ilə göndərəcəyini vəd etsə də heç bir sms məlumatı göndərilmədi. 
 
Əlavə olaraq bildiririk ki, vətəndaş bu halla bağlı ona dəymiş ziyanı ödəmək üçün *9111 taksi şirkətini ona vurmuş ziyanı ödətdirmək məqsədi ilə məhkəməyə müraciət etməyə hazırlaşır./anews.az 
 
 
İcmal.Az

RƏYLƏR