BİLƏSUVAR “İLİN RAYONU” SEÇİLDİ

OXUNUB: 2177 Özəl Seçilmiş Önəmli

 

İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "İLİN İCRA BAŞÇISI” və "İLİN RAYONU” nominasiyaları üzrə sorğusunu növbəti dəfə uğurla yekunlaşıb. Sorğunun nəticəsinə görə "İLİN RAYONU” Biləsuvar rayonu seçilib.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb. Bu sözləri açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib: "Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümək təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "İLİN RAYONU” nominasiyası üzrə sorğunusunu başa vurdu. "İLİN RAYONU”nominasiyası üzrə Sorğunun qalibi BİLƏSUVAR RAYUNU oldu. Mübarizə dürüst və fasiləsiz oldu. İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası sədri olaraq rayonun icra başçısı Mahir Quliyevlə görüşdük və diplomu təqdim etdik

 

Məlumat üçün qeyd edək ki, "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə qalib Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğludur. Yaxın günlərdə qalibə təşkilat komitəsinin rəsmi təqdimatı baş tutacaqdır.

 

7NEWS.az

RƏYLƏR