Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadını vuraraq öldürüb

OXUNUB: 47 SOSİAL

Biləsuvar rayonunda elektrik cərəyanı 25 yaşlı qadının həyatına son qoyub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 25 yaşlı Salatın Eynulla qızı Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR