Binə Ticarət mərkəzində əhali ayağa qalxdı

OXUNUB: 1110 SOSİAL
Binə Ticarət mərkəzində etirazlar başlayıb.

Bir saatdan çoxdur davam edən aksiyanın səbəbi ticarət mərkəzində yer pulu və aylıq verginin qaldırılmasıdır.

Bazarın müdriyyəti bildirib ki, Vergilər nazirliyi onaları yeni qayda ilə işləməyə məcbur edir. Bu qaydalara əsasən bazar rəhbərliyi hər ay daha artıq vəsait ödəməlidir. Məhz bu səbəbdən Ticarət Mərkəzində çalışan ticarətçilərin aylıq icarə haqqı da qaldırılır.
 

Hazırda hadisə yerində olan realliqinfo.org-un əməkdaşının verdiyi məlumatda qeyd olunur ki, ticarət mərkəzində bir sıra mağazalar bağlanıb. Etirazçılar Binə ticarət Mərkəzinin qarşısına toplaşıblar. Aksiyaçılar tələb edilən icarə haqqının aşağı salınmasını istəyirlər.

Binə ticarət mərkəzinin müdriyyəti məsələyə aydınlıq gətirməyib.

Baş verənləri diqqətdə saxlayırıq./big

İcmal.Az

RƏYLƏR