Binəli Yıldırım azərbaycanlı idmançını təbrik etdi

OXUNUB: 879 İDMAN

Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib.

Bu barədə Türkiyə Baş nazirinin administrasiyası məlumat verib.

R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb. /trend

 

İcmal.Az

 

RƏYLƏR