Binəqədi rayon polios idarəsinin müstəntiqi mənə və ailəmə təzyiqlər edir - MƏCBURİ KÖÇKÜN

OXUNUB: 834 SOSİAL
Kəlbəcər rayonundan olan məcburi köçkün Elxan Nəbiyev kanalımıza müraciət edərək bildirir ki, Binəqədi rayon polis idarəsinin müstəntiqi Kamran Əliyev onun ailəsinə məxsus olan torpaq sahəsini ailəsinə və ona müxtəlif yollarla basqılar edərək mənimsəmək istəyir. Elxan Nəbiyev onu da bildirdi ki, torpaq sahəsinin onun qaynanasının adına olduğunu öyrənən polis müstəntiqi, qaynanasını polis idarəsinə çağıraraq Azərbaycan qadınına laiq olmayan sözlərlə onu təhqir edib. Sonda kanalımız vasitəsi ilə Elxan Nəbiyev ölkə başçısına və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək bildirir ki: cənab prezident Kamran Əliyev kimi məmurlar vətəndaşları dövlətdən narazı salır. Sizdən xahiş edirəm Kamran kimi qanunsuzluq edən hüquq mühafizə orqanlarının əməkdaşları haqqında tədbir görülməsi üçün göstəriş verəsiniz.
 
icmal.az tv7Azerbaycana istinadən şikayətcinin video müraciətini təqdim edirik:
 


 

RƏYLƏR