Binəqədidə ailə faciəsi: Oğul anasının özünü asdığı yerdə intihar etdi

OXUNUB: 884 HADİSƏ

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon 1-ci mədən qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Makayev Mixail Aleksandroviç özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Ailə üzvləri hadisədən sonra onun məktubunu tapıb. 43 yaşlı M.Makayev yazıb ki, onun intiharına heç kim səbəb olmayıb: "Heç kimi günahlandırmayın. Bu, mənim qərarımdır”.

Araşdırmalar zamanı məlum olub ki, M.Makayevin anası da bir müddət əvvəl məhz həmin ağacdan özünü asaraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent

 

İcmal.Az

RƏYLƏR