Binəqədidə taksi sürücüsü qarət olunub

OXUNUB: 214 HADİSƏ

Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub.

İcmal.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə mayın 24-də Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Naməlum şəxs Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi "NazLifan” markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.

31-ci Polis Bölməsi əməkdaşları tərəfindən dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rauf Əlili tutulub.

İcmal.Az

RƏYLƏR