Bir ailə 4 azyaşlı uşaqla küçədə qalır – Binəqədi icra hakimiyyəti isə susur - VİDEO

OXUNUB: 678 SOSİAL
Rəsmi qurumlar bir ailənin ikinci faciəsinə susur!

"Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!” verilişində ötən gün ürəkləri dağlayan görüntülər tamaşaçılara təqdim edilib.

Bir ailə 4 azyaşlı uşağı ilə küçədə qalır. Minval.İnfo xəbər verir ki, ailə başçısının sözlərinə görə, onların evini Binəqədi rayon icra hakimiyyəti söküb. Tarverdi bəy bilirib ki, qalmaq üçün ev verəcəklərinə söz versələr də, sözlərinin üstündə durmayıblar. Uşaqların anası Xocalıda güllə yarası alıb. Baş nahiyyəsinin yarısı zədəlidir. Gözləri görmür. Ailə başçısı ağlayaraq xalqa və aidiyyatı qurumlara müraciət edib. Tarverdi bəy Binəqədi icra başçısı Elxan Allahverdiyevin "sizə kömək edəcəm” deyib daha sonra fikrindən döndüyünü bildirib. Qeyd edək ki, verilişin davamı bu axşam saat 19:50 də Space Tv-də yayımlanacaq. Ailənin heç kimi yoxdur.

Tarverdi bəyin xanımının ailə üzvləri rəhmətə gedib. O cümlədən Tarverdi bəyin də ailə üzvləri dünyasını dəyişib. Yeganə bacısı var. O bəs niyə qardaşından imtina edib? Görünün bu axşam suallara cavab tapılacaq.

 

İcmal.Az

RƏYLƏR