Bir qrup deputat Alxanlıya səfər edib

OXUNUB: 1112 index-manşet DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

 

 

Milli Məclis sədrinin müavini Bahar Muradova deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili və Elşad Həsənovla bu gün Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, MM üzvləri iyulun 4-də Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları kənddə olub, ermənilərin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, iki yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olduqları əraziyə baxış keçiriblər.

MM üzvləri kənd sakinləri ilə görüşəcəklər.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindənFüzulirayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.


RƏYLƏR