Bir qrup fəhlə pul tələbi ilə “Azərsu”nun qarşısına toplaşdı - ETİRAZ

OXUNUB: 1448 Özəl Seçilmiş Önəmli HADİSƏ

"Azərsu” ASC-nin podratçı şirkətlərindən birinin əməkdaşları ötən gün ASC-nin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar aylardır yığılıb qalan əmək haqlarının verilməməsinə etiraz edirlər.

7NEWS.az-ın məlumatına görə virtualaz xəbər verir ki, etirazçılara sayğac quraşdırdıqlarına görə vəd olunan ödəniş iki aydır ki, verilməyib. Onların sözlərinə görə, rəhbərlik hər gün get-gələ salaraq işçilərə çatan məbləği verməkdən imtina edir: "Deyəndə pulumuzu verin, deyirlər ki, gedin Qorxmaz müəllimdən ("Azərsu” ASC-nin sədri) alın. Biz də ona görə bura gəlib pulumuzu istəyirik. Ac nə vaxta qədər dolanmalıyıq? Danışmışıq ki, bir sayğaca görə 20 manatdan pul verilsin. İndi pulumuzu vermirlər, bəzi işçilərə də deyiblər ki, sayğacın birinə 7-10 manat verək. Bizə söz verdikləri pulu versinlər, başqa heç nə istəmirik”, - deyə işçilərdən biri bildirir.

 

Onların sözlərinə görə, artıq işə gəlməyə yol pulu tapmırlar. Təxminən 40 nəfərə yaxın işçi isə avtobusa ödəniş etməyə 30 qəpik tapmadığından aksiyaya qoşulmayıb.

Problemlə bağlı "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. ASC rəsmisi virtualaz.org-a açıqlamasında artıq həmin işçilərin rəhbərlik tərəfindən qəbul oldunduğunu və problemlərinin həll olunacağını dedi: "Həmin şirkət "Azərsu” ASC-nin podratçı şirkətidir. Etirazçılar artıq vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heydər Abbasov qəbulunda olublar. Onlara ödənilməyən bütün məbləğ bu gün və sabah ödəniləcək. Heç bir problem yoxdur”.

RƏYLƏR