Birinci vitse-prezidentin köməkçilərinin sayı artırılıb

OXUNUB: 530 SİYASƏT

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

İcmal.Az-ın məlumatına görə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncamına əsasən Azərbaycan Prezidenti Administrasiyasının işçilərinin say həddi 415-dən 425 ştat vahidinə kimi qaldırılıb.

Bundan başqa, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.
 
Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

İcmal.Az

RƏYLƏR