Birjalarda neft 80 dollara yaxınlaşdı

OXUNUB: 746 İQTİSADİYYAT

London Birjasında "Brent” markalı neftin qiyməti 2014-cü ilin noyabr ayının 25-dən bəri ilk dəfə 79 dolları ötüb.

İcmal.Az xəbər verir ki, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 79,10 dollar/barelə bərabər olub.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 71,61 dollar/barelə çatıb.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi əmtəə bazarına psixoloji təsir edir.

İcmal.Az

RƏYLƏR