Bitkoin dərhal qadağan edilməlidir - ŞƏRH

OXUNUB: 711 İQTİSADİYYAT

Bitkoinin dəyəri 11 min dolları ötdükdən sonra 20 faiz ucuzlaşaraq 9 min dollara düşüb. 

İcmal.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu il bitkoinə olan tələbat 900 faiz artıb. 

Nobel mükafatı laureatı, iqtisadçı Cozef Ştiqlits rəqəmsal valyutaların, xüsusilə bitkoinin təhlükələrinə toxunaraq, dövlətin əsas vəzifəsinin valyutasını qorumaq olduğunu bəyan edib: "Bitkoin digər virtual valyutalar kimi, sadəcə, şardır. O cümlədən sosial baxımdan önəm daşımır. Bu səbəbdən də dərhal qadağan edilməlidir”.

Bu arada, bitkoinlə müqavilələr imzalamağı planlaşdıran birjaların sırasına Nasdaq da qatılıb. Bundan əvvəl CME və CBOE ilin sonuna qədər bitkoinlə müqavilələr imzalamağı hədəflədiklərini açıqlamışdılar.

İcmal.Az

RƏYLƏR