"Biz diaspor fəaliyyətində əsas diqqəti LOBBİçiliyə ayırmalıyıq" - Səbuhi Abbasov

OXUNUB: 226 GÜNDƏM

"ABŞ-dakı bəzi qurumlar Azərbaycandakı inkişaf proseslərini görməməzlikdən gəlir və müəyyən lobbist qruplar müvafiq hesabatlarla Azərbaycana qarşı qərəzli münasibət sərgiləyirlər". Bu fikirləri SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, son 10 ildə ABŞ və Qərb mətbəxində hazırlanan ssenarilər birmənalı şəkildə Şərqin viran edilməsinə hesablanıb: "Lakin bu ssenarilərin ilkin mərhələdə dövlətlər tərəfindən idarəolunması məqsədəuyğun olmadığından QHT və media alətlərindən istifadə edirlər. Yaxın Şərqdə biz bu prosesləri tam çılpaqlığı ilə gördük. Bu resurslar öz missiyasını başa vurduqdan sonra dövlətlər rəsmi şəkildə müdaxiləyə keçirlər. Azərbaycanla bağlı təəssüflər olsun ki, eyni mövqe sərgilənir. Lakin burada daha təhlükəli məqamlardan biri Ermənistan kimi terrorçu dövlətlə qonşu olmağımızdan qaynaqlanır.

Killerlik, terrorçuluq fəaliyyətləri ilə qidalanan erməni LOBBİ təşkilatları ölkəmizə qarşı bütün cəbhələrdə mübarizə aparırlar. Qərbdə korrupsiya alətinə çevrilmiş bəzi təşkilatlar isə rahat şəkildə rüşvət müqabilində ölkəmizə qarşı müxtəlif formatlı tədbirlər, dinləmələr edirlər. Bütün bunlar isə hər zaman birtərəfli şəkildə aparılır, qarşı tərəfdən, yəni dövlətimizdən heç kim bu proseslərdə təmsil olunmur. Bu gün bizim xarici siyasətimiz kifayət qədər ciddi konsepsiyaya əsaslanıb. Amma biz lobbi fəaliyyətmizə yenidən baxmalıyıq. Biz diaspor fəaliyyətində əsas diqqəti LOBBİçiliyə ayırmalıyıq. Bəli, etiraf etməliyi ki, biz bunu çoxdan etməli idik. Amma bundan sonra da başlamaq vacibdir. Biz bütün mümkün imkanlardan istifadə edib cənab Prezident İlham Əliyevə dəstək olmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}