"Bizi toya çağırmaq üçün insanlar yalvarırlar" - Ədalət Şükürov xalqı belə aşağıladı

OXUNUB: 1133 ŞOU-BİZNES

"Biz fəxr edirik ki, heç kəsin cibinə girmirik və halal pulumuzu qazanırıq. Nəsə etmirik ki, kimsə bizə artıq nəsə versin”.

Bu sözləri "Sayqa ilə bu axşam” proqramına açıqlaması zamanı əməkdar artist Ədalət Şükürov deyib.

Məclislərdən və el şənliklərindən danışan müğənni açıqlaması ilə səs-küy yaradıb:

"Bizə yalvarırlar, məclislərini bizə uyğun vaxta salırlar. Bizə xoşdur və mən fəxr edirəm ki, gözəl sənətlə məşğul oluruq. Halal pulumuzu qazanırıq və hamınızdan xaiş edirəm ki, o zəhmətimizi bizə halal edin. Ona görə ki, sizin şən gününüz, tədbiriniz bizsiz keçmir. Ona görə də nə yazırsınız yazın”.

İcmal.Az

RƏYLƏR