“Bizim Market”dən növbəti fırıldaq zirvəsi (FOTO)

OXUNUB: 1002 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT
"Bizim Market”lər şəbəkəsi müştərilərini aldatmaqda davam edir. Belə ki sözügedən market artıq kolbasa satışında da fırıldaqlıq zirvəsinə çatıb.

7News.Az kommersant.az-a istinadən xəbər verir ki, marketdə 800 qramlıq kolbasanın üzərinə 1 kiloluq kolbasanın qiyməti vurularaq müştəridən 2 manat çox pul alınır. Aşağıda göstərilən şəkildən də aydın olur ki, "Bizim Market” kolbasa fırıldaqçılığında zirvələrə çatıb.

Kolbasa fırıldaqçılığı bununla da bitmir. Market işçiləri kolbasa şirkətlərindən pul alaraq məhsullarının satılmasına köməklik edir. Yəni, müştəri "hansı daha məsləhətlidir” deyə sual versəniz işçilər pul aldıqları şirkətin məhsullarını sizə tövsiyyə edəcəklər. Bununla bağlı "Bizim Market”in Babək pr-də yerləşən mağazasında baş satıcı daxil olmaqla bir neçə satıcı işdən azad edilib.

Qeyd edək ki, "Bizim Market”in süd və süd məhsulları alarkən diqqətli olun. Adətən sözügedən marketdə bu kimi məhsulların etibarlılıq müddəti keçmiş və ya müddəti uzadılmış olur.
 
7News.Az

RƏYLƏR