“Biznesini Yarat Marafonu”nun qalibləri müəyyən edilib

OXUNUB: 516 İQTİSADİYYAT SOSİAL
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan "Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - "Biznesini Yarat Marafonu”nun qalibləri müəyyənləşib.
Məqsədi işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsi olan Marafona qoşulmaq üçün ilk mərhələdə 18-29 yaş kateqoriyasından olan 600-ə yaxın işsiz və ya işaxtaran gənc biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və "GencAPP” mobil tətbiqində yerləşdiriblər. Layihəyə müraciət qəbulu başa çatdıqdan sonra müraciətlər təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və ikinci mərhələyə 127 müraciət seçilib. Müraciətlərin dəyərləndirilməsi mərhələsində Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.
İkinci mərhələyə keçmiş şəxslərə layihənin tərəfdaşlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən biznes təlimlər keçirilib.
"Öz biznesinə başla" təlimini uğurla başa vurmuş və biznes planlarını hazırlamış 99 müraciətçiyə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən layihəyə müraciət zamanı edilmiş seçim əsasında müvafiq iqtisadi istiqamət üzrə resurs və maliyyə dəstəyi göstəriləcək. Keçid linkinə daxil olmaqla qaliblərin siyahısı ilə tanış ola bilərsiniz
Bundan əlavə, Marafonun qalibi olmuş şəxslərin öz kiçik biznesini yaratması prosesini sürətləndirmək məqsədilə KOBİA tərəfindən mentor dəstəyi də göstəriləcək.

RƏYLƏR