Biznesmenin evindən 150 min aparan şəxsin cəzası məlum oldu

OXUNUB: 750 HADİSƏ

Bakıda sahibkarlıqla məşğul olan Rusiya vətəndaşının evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Aqil Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxs son söz deyib. O, ittihamın saxta olduğunu, sübuta yetirilmədiyini bildirib. Məhkəmənin hökmü ilə A.Vəkilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150 min ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub. B. Səmədov Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olub./lent

 İcmal.Az


RƏYLƏR