Blogger 'Buta Airways'i sərt tənqid etdi: 'Götür suvenirini, rədd ol burdan'

OXUNUB: 622 index-manşet
7NEWS.az xəbır verir ki, bu barədə blogger Bəxtiyar Hacıyev 'Buta Airways'in
Buta Airways (Balaca AZAL) 2 yaşını qeyd etmək üçün müsabiqə təşkil edib. Səhifələrini bəyənib, postlarını paylaşan minlərlə adamdan birinə 2 nəfərlik Buta bileti verəcəklər, sonrakılara da təyyarə maketi və suvenir! 

Mən ölkəyə bir dənə ucuz hava yolu buraxmayıb, monopoliya yaratmış şirkətin 2-ci və 3-cü yerə suvenir hədiyyə etməsini qoyuram bir kənara. 

Müsabiqə 3 sentyabrda keçiriləcək, 3 sentyabrdan sonra Butanın Avropada tək uçuş edəcəyi yer Sofiyadır. O da 3 sentyabrdan sonra cəmi 1 uçuş edəcəklər, 10 sentyabrda. 10:55-də Sofiyaya çatır, Bakıya geri qayıtmaq üçün 1 saat sonra həmin təyyarə ilə qayıtmalısınız ki, Sofiyada qalmayasınız. Çünki, növbəti 1 il üçün bütün tarixlərdə Sofiyaya uçuş görünmür. 

Qalır Gəncə, Tehran, Tiflis, Astraxan kimi möhtəşəm yerlərə biletlər. Məsələn, Astraxan və Tehrana bir tərəfə gediş 54 manatdır. Gediş-dönüş 108 manat, iki nəfərlik bilet hədiyyəsi balaca AZALa başa gələcək 216 manata. 

İndi, düşünün. 2 il bütün Gürcüstan təkcə Kutaisidən təkcə Wizzair ilə Avropanın 40 nöqtəsinə, məsələn, Vyanaya 86 manata gediş-dönüş uçuş edir, Ermənistan və Gürcüstan Ryanairi ölkəyə dəvət edir, balaca AZAL isə ölkədə monopoliya yaradır, amma 2 illik ad günündə öz səhifəsini on minlərlə adama bəyəndirir, 200 manatlıq bilet və iki suvenirlə hədiyyə verir istifadəçilərinə... Burada bir lətifə yada düşür.

Bir gün bir rahibə gəmidə yanında oturmuş qadından soruşur:
- Bu boyunbağını neçəyə almısan? 
- Məşuqumla bir gecə keçirmək qarşılığında.
- Bəs bu çantanı?
- İki gecə.
- Bəs bu şubanı?
- Bir həftə keçirməyə görə.
Rahibə qayıdır kilsəyə. Gecə qapı döyülür. 
- Kimdir?
- Mənəm, müqəddəs ata Andrey.
- Müqəddəs ata Andrey, götür konfetlərini də, rədd ol buradan.

İndi, biz Balaca AZAL Butaya "götür təyyarə suvenirlərini də, rədd ol buradan" deyəkmi?

RƏYLƏR