Blokda partlayış oldu - Ər və arvad yaralandı-AÇIQLAMA + TƏFƏRRÜAT + YENİLƏNİB

OXUNUB: 1410 HADİSƏ

Dünən gecə Bakıda iki nəfərin açır yanıq xəsarətləri alması ilə nəticələnən partlayışın təfərrüatları məlum oldu.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, hadisə Neftçi Qurban küçəsində yerləşən dördmərtəbəli mənzilin 4-cü mərtəbəsində baş verib.

Ev sahibləri Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı Çıraqzadə Pərvanə Müzəffər qızı mənzilin çıxışında yerləşən qaz sayğacına böyük ehtimalla müdaxilə etmək istəyərkən ani alışma, yəni patlayış olub. Bu partlayış yanğına çevrilməyib.

Lakin hər ikisi baş və üz nahiyyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıblar. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Hazırda "Azəriqaz” İstehsalat Birliyi qaz sayğacında partlayışın baş vermə səbəbini araşdırır. 

-----

Bu gecə Bakıda iki nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır./lent

 

İcmal.Az


RƏYLƏR