BMT Baş Assambleyasının Prezidenti Azərbaycana səfər edəcək

OXUNUB: 696 GÜNDƏM AZƏRBAYCAN SİYASƏT
BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq. Bu barədə Assambleya Prezidentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq. 
Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək. Tijani Məhəmməd-Bandenin NAM sammiti çərçivəsində iqlim dəyişikliyi, yoxsulluq, dünyada sülh və təhlükəsizlik kimi böhran həddində olan problemlərin həll edilməsində çoxtərəfli və beynəlxalq əməkdaşlığın önəmini vurğulayacağı bildirilib. Tijani Məhəmməd-Bande 24 oktyabrda BMT Gününü qeyd etmək üçün ADA Universitetində olacaq.

RƏYLƏR