BMT-də İLK DƏFƏ - 6 dövlətin bayrağı qaldırıldı

OXUNUB: 603 DÜNYA

İlk dəfə Qazaxıstanın təşəbbüsü ilə BMT-yə yeni seçilən və daimi olmayan 6 üzvünün - Polşa, Küveyt, Hollandiya, Ekvatorial Qvineya, Peru və Kot d’İvuarın bayraqlarının qaldırılması mərasimi keçirilib.

Bu barədə mətbuata BMT-nin mətbuat xidməti məlumat verib. Məlumata görə, BMT-nin mənzil qərargahında təşkilat tarixində ilk dəfə təntənəli mərasim zamanı 6 yeni qeyri-daimi üzv dövlətin bayraqlarını Qazaxıstanın daimi nümayəndəsi Kayrat Umarov şəxsən qaldırıb.

K.Umarov bu təşəbbüsün illik ənənə halına çevrilməsini irəli sürüb.

Xatırladaq ki, Təhlükəsizlik Şurası 15 üzvdən - 5 daimi və 10 qeyri-daimi ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Şurasının daimi üzvləridir. 10 qeyri-daimi üzv Baş Assambleya tərəfindən hər il 5 ölkə olmaqla 2 illik müddətə seçilir. Sadəcə, İtaliya və Hollandiya 2017-2018-ci illər üzrə müddəti öz aralarında bölüşdürdüyündən bu il 6 ölkə dəyişib./publika

İcmal.Az

RƏYLƏR