BMT-nin 24 əməkdaşı koronavirusa yoluxdu

OXUNUB: 806 DÜNYA

BMT əməkdaşları arasında 24 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

7news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik açıqlama verib.

 

"BMT-də yoluxma hallarının ümumi sayı 24-dür", - deyə o bildirib.

Bunlardan 3-ü Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında qeydə alınıb. Binada dezinfeksiya işləri aparılıb. Diplomatlara mümkün qədər məsafədən çalışmaq və görüşləri video əlaqə vasitəsi ilə keçirmək tövsiyə edilib.

Qeyd edək ki, dünya üzrə koronavirusa 265 mindən çox insan yoluxub. 11,180 insan isə xəstəlik səbəbindən həyatını itirib


RƏYLƏR