BMT Təhlükəsizlik Şurası təcili iclas çağırdı — Şimali Koreya haqqında qərar qəbul ediləcək

OXUNUB: 723 DÜNYA
Şimali Koreya dünən yeni nüvə bombası sınaqdan keçirib.

Bu səbəbdən BMT Təhlükəsizlik Şurası təcili iclas çağırıb.

Şimali Koreyanın dövlət televiziyası Kim Çen İnin yeni bir hidrogen bombasını sınaqdan keçirdiyi barədə xəbər yaymışdı. Şimali Koreya hökuməti yeni bir nüvə bombasını uğurla istehsal etdiklərini duyurub. Bu bomba qitələrarası ballistik raketin xüsusiyyətlərinə malikdir.

Bu xəbərlərdən sonra əvvəlcə nüvə sınaqları keçirilən bölgədə zəlzələ baş verib. ABŞ Geoloji Araşdırma Mərkəzi yeraltı təkanların 10 km dərinlikdə meydana gəldiyini, 5.6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ yerin üstündə isə 6.3 bal gücündə olub./olke.az
 
 
İcmal.Az

RƏYLƏR