“BMW” 36 yaşlı qadını vurdu

OXUNUB: 934 HADİSƏ
Bu gün günorta saatlarında Salyan şəhərinin X.R.Ulutürk prospektində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, həyat yoldaşı idarə etdiyi avtomaşını yolun kənarında saxladıqdan sonra düşüb, əks tərəfdəki aptekə girmək üçün yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Neftçala rayonu, Xolqaraqaşlı sakini Həsənova Samirə Səmədağa qızını "BMW" markalı avtomaşın vurub. Hadisə nəticəsində başının alın hissəsindən, boynundan və diz nahiyəsindən xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həyat yoldaşı qucağındakı azyaşlı uşaqla birgə qadının yanında olsalar da, onlar heç bir xəsarət almayıblar.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
 
İcmal.Az

RƏYLƏR