BNA "20-ci sahə"yə hərəkət edən avtobusların gecikmə səbəbini açıqlayıb

OXUNUB: 491 SOSİAL
Bakı Nəqliyyat Agentliyi (BNA) "20-ci sahə" istiqamətinə hərəkət edən avtobusların gecikməsinin səbəbini açıqlayıb.

Bildirilib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılması sonda məhz bu cür çətinliklərə səbəb olur:

"Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır. Şəhər mərkəzindən "20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var”, - deyə məlumatda qeyd olunub.

RƏYLƏR