BNA avtomobilinin təkəri partlayan sürücünü cərimə etdi - FOTOFAKT

OXUNUB: 943 GÜNDƏM
Hərəkətdə olan zaman avtomobilinin təkəri partladığı üçün nəqliyyat vasitəsini yolun kənarında park edən sürücü cərimələnib.

Hadisə Bakı şəhər sakini Anar Qədirovun başına gəlib. O bildirib ki, 90 TK 294 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobilini idarə edən zaman maşında qəfildən texniki nasazlıqlar əmələ gəlib. Buna görə də, o, nəqliyyat vasitəsini yolun kənarında park etməyə məcbur olub. Avtomobildən düşərkən təkərin sıradan çıxdığını görüb. 

Amma avtomobili park etməsi onun üçün baha başa gəlib. Avtomobilini yol kənarında saxlaması ərazidə Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan müşahidə kameralarına tuş gəlib. Bununla da ona yol hərəkəti qaydasını pozduğu üçün cərimə tətbiq olunub.

Sürücü isə bu cərimənin qanunsuz olduğunu bildirib. Onun sözlərinə görə, avtomobilində texniki nasazlıq yarandığı üçün maşını saxlayıb.

Məsələ ilə ilə bağlı BNA-dan bildirilib ki, sürücü Anar Qədirovun həmin ərazidə avtomobili park etməsi qanunsuzdur. Çünki, o park edən zaman qəza dayanması işıqlarını yandırmayıb: "Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanma və durma, parklanma qaydalarının pozulmasına görə sürücülərin qeydə alınması işləri icra edilməkdədir. Vətəndaşların dayanma və durma, parklanma qaydaları barədə məlumatsızlığı bir sıra anlaşılmazlıqların yaranmasına səbəb olur. Bunun bir nümunəsi olaraq, vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb. Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb. Məlumat üçün bildirək ki, "Yol Hərəkəti Haqqında Qanun"un 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olmsı yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu haıda sürücü barədə hər hansı bir inzibati cərimə protokolu tərtib olunmur".İnterpress
BNA avtomobilinin təkəri partlayan sürücünü cərimə etdi - FOTOFAKT

BNA avtomobilinin təkəri partlayan sürücünü cərimə etdi - FOTOFAKT

BNA avtomobilinin təkəri partlayan sürücünü cərimə etdi - FOTOFAKT

BNA avtomobilinin təkəri partlayan sürücünü cərimə etdi - FOTOFAKT

İcmal.Az

RƏYLƏR