BNA əməkdaşı ilə bağlı vətəndaşlara xəbərdarlıq - Foto

OXUNUB: 869 GÜNDƏM HADİSƏ SOSİAL

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşı ilə bağlı social şəbəkələrdə məlumat paylaşılaraq sürücülərə xəbərdarlıq edilib.

Adının Rəfael olduğu bildirilən həmin şəxs barədə bu sözlər qeyd olunub. 

"Vətəndaşa əl atmaqdan çəkinməyən BNA əməkdaşı... Adı Rəfaeldir. Hərkəs tanısın və diqqətli olsun. Cərimə yazarkən kimsə narazılıq etsə, qıcıqlandırıcı sözlər deyir və həmin adamı gizlincə telefona çəkir. Vətəndaşlara əl-qol atır. Əsas xidmət apardığı yer 20 yanvar, Əcəmi, mikrorayon ərazisidir. Diqqətli olun, ehtiyac yaranarsa, sübut kimi siz də onu çəkin, qanun qadağan etmir. Özünü təqdim etməsini tələb edin. Bəzi yerlər var ki, orada saxlamaq qadağan olmasa, belə gəlib çəkir”.

 

İcmal.Az

RƏYLƏR