BNA xaosu niyə aradan qaldıra bilmir? - Gecikmələr, qanunsuz parketmələr...

OXUNUB: 466
Avtobuslarının gecikməsi, sürüclərin sərnişindaşıma zamanı müvafiq qaydaları pozması və qanunsuz parketmələr... Bunlar bu gün paytaxt sakinlərinin üzləşdiyi mühüm problemlərdir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sakinləri narahat edən məqamlara aydınlıq gətirmək üçün BakuPost-un suallarını cavablandırıb. O, avtobusların intervalındakı gecikmələrin əsasən yollarda dayanma-durma qaydalarınının pozulmasından qaynaqlandığını deyib: "Bəli bu bizi də ciddi narahat edir. Avtobusların bu gün gecikmə ilə çalışmasının ən başlıca səbəbi yollarda dayanma-durma qaydalarının pozulmasından qaynaqlanan sıxlıqlardır. Nəqliyyat vasitələrini istədikləri yerdə park edirlər, hərəkətə maneə yaradırlar və nəticədə ictimai nəqliyyatın işində ciddi axsamalar yaranır, bəzi hallarda piyadalar belə rahat hərəkət edə bilmirlər. Bilirsiz, hərəkət iştirakçılarının üstünlük ardıcıllığı var. İctimai nəqliyyat istifadəçiləri, piyadalar ən ön sıralamadadır. Bizim də məqsədimiz məhz daha çox piyadalar və ictimai nəqliyyat istifadəçiləri üçün əlverişli şəhər mühitinin mövcudluğudur”.



Bu gün qanunsuz parklanmalara qarşı tədbirlər görüldüyünü qeyd edən Mais Ağayev bəzi yerlərdə problemlərin həllini tapdığnı deyib: "Qanunuz parklanmalara qarşı apardığımız mübarizənin başlıca hədəfi hər gün rastlaşdığımız sıxlıqlara səbəb olan süni amilləri aradan qaldırmaqdır. 20 yanvar dairəsi-20 ildir o ərazidə xaos müşahidə olunur. Amma son bir neçə həftə qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində orda nəqliyyat vasitələrinin intensivliyi artıb. Nəticədə ordan keçən avtobusların intervalındakı gecikmələr də tədricən azalıb. Əgər 18 nömrəli avtobus 20 yanvarda dairəsində 20-30 dəqiqə sıxlıq səbəbindən yolda qalırsa təbii bu şəhər mərkəzində artıq 40-50 dəqiqə gecikməyə səbəb olur”.

Mais Ağayev onu da vurğulayıb ki, şəhərin nəqliyyat sisteminə gətirmiş olduqları xüsusi hərəkət zolaqlarının təşkili məhz bu problemin həlli üçün nəzərdə tutulmuşdu, amma bu gün sürücülər onun tələbinə əməl etmir: "İki küçədə və bir prospektdə bu zolaqlar təşkil edildi. Amma təəssüf bu gün nə sürücülər onun tələbinə əməl edir, nə də buna qarşı ciddi tədbir görülür”.

Avtobusların dayanacaqda saxlamaması məsələsinə gəlincə, Mais Ağayev bunların araşdırılacağını və müvafiq tədbir görüləcəyini qeyd edib.


RƏYLƏR