Bolqarıstan baş naziri Azərbaycana gəldi

OXUNUB: 608 SİYASƏT

Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

İcmal.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

İcmal.Az

RƏYLƏR