"Bomj" etdiyi yaxşılığı ilə dünyanın diqqət mərkəzində - FOTO

OXUNUB: 493 MARAQLI

Amerikada maraqlı hadisə baş verib.

 Kate McClure adlı qız Johnny Bobbitt Jr adlı "bomj"a yardım etmək üçün əlindən gələni edir. Buna səbəb isə ən çətin anında Johnny-nin ona kömək etməsdir.

Belə ki, Kate avtomobilinin benzini qurtarması nəticəsində gecəyarı yolda qalıb. Xeyli qorxan qız təkbaşına yanacaqdoldurma məntəqəsi axtarmağa çıxıb. Bu zaman onun qarşısına Johnny çıxıb. O, qıza yardım edib və cibindəki son puluna benzin alıb, qıza gətirib (20 dollar).

 

Və bundan sonra Johnny-nin həyatı dəyişir. Belə ki, həmin vaxt pulu olmadığına görə "bomj"a yardım edə bilməyən Kate bir neçə həftə sonra onun pulunu qaytarıb, ona yeni paltarlar alıb və Feysbuk-da ona yardım kampaniyası başladıb./milli

İcmal.Az

RƏYLƏR