Boşanan azərbaycanlı aparıcıya doğum günündə sevgilisi sürpriz etdi - Gecə 12 tamamda ... - VİDEO

OXUNUB: 1069 ŞOU-BİZNES

Bu gün 29 yaşı tamam olan aparıcı Könül Muxtarova ilk hədiyyəsini sevgilisindən alıb.

Gözəl aparıcı gecə 12 tamamda həyatında olan şəxsin sürprizi ilə qarşılaşıb.

Könül bu məqamı sosial şəbəkə hesabında qeyd etmədən keçməyib.

Videosunu paylaşan aparıcı şərhə "Hissləri çatdırmaq üçün bəzən söz tapmazsan. Bu diqqət məni susdurdu. Hər zaman xoşbəxt olmaq diləyi ilə... Təşəkkür edirəm" qeydini əlavə edib.

 

Qeyd edək ki, bir dəfə ailəli olub, ayrılan Könülün 5 yaşında İnci adlı qızı var. Aparıcı müsahibələrinin birində ikinci dəfə ailə həyatı qurmaq haqda düşünmədiyini deyib./milli

İcmal.Az

Boşanan azərbaycanlı aparıcıya doğum günündə sevgilisi sürpriz etdi

RƏYLƏR