BP Azərbaycana 66 milyard dollar investisiya yatırıb

OXUNUB: 798 İQTİSADİYYAT

BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub. Bunun 72 mln. dolları sosial layihələrə xərclənib.

İcmal.Az xəbər verir ki, bunu Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz - "Caspian Oil&Gas” konfransının ikinci günündə "BP-Azerbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 
 

O deyib ki, "Azəri-Çıraq-Günəşli” yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib. Ötən 12 il ərzində  AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək  Azərbaycana təhvil verilib: "2006-cı ilin sonundan etibarən "Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edibBakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. barreldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib”.

O da məlum olub ki, 2016-cı ildə "BP-Azerbaijan" şirkəti ölkədəki tərəfdaşları ilə birlikdə 167 yerli şirkətlə dəyəri 1,06 mlrd. dollar təşkil edən yeni uzunmüddətli müqavilələr imzalayıb.

İcmal.Az

RƏYLƏR