BP Azərbaycanda sosial layihələrə pul ayırmağı dayandırıb

OXUNUB: 875 İQTİSADİYYAT
BP 2017-ci ilin 1-ci rübündə sosial investisiya layihələrinə bir manat da vəsait ayırmayıb.

İcmal.Az "Marja”ya istinadən xəbər verir ki, şirkətin 2017-ci ilin 1-ci rübünün nəticələri üzrə hesabatından sosial investisiya layihələrinə vəsaitin xərclənmədiyi məlum olur.

BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2016-cı ilin birinci rübü ərzində 0,34 milyon dollar, 2016-cı ildə 1,51 milyon dollar xərcləmişdilər.

BP və onun tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2015-ci il ərzində 4,5 milyon dollar, 2014-cü ildə isə 5,87 milyon dollar ayırmışdılar.
 
İcmal.Az

RƏYLƏR