BRAVO HİPERMARKETi də bu yola əl atdı - VİTRİNDƏ BİR QİYMƏT KASSADA BAŞQA QİYMƏT+FOTOFAKT

OXUNUB: 6393 Özəl Seçilmiş Önəmli

İCMAL.az xəbər verir ki, son bir ildə ölkədə fəaliyyət göstərən supermarketlər arasında sağlam rəqabət başlayıb. İndi daha keyfiyyətli və daha ucuz məhsul təqdim edənlər daha çox müştəri əldə edə bilir. Lakin bir çox hallarda əlavə gəlir əldə etmək üçün super və hipermarketlər ənənəvi maliyyə maxinasiyalarına əl atırlar. Ya vaxtı keçmiş məhsullar vitrində olur, ya süni qiymət artımına yol verilir, ya da vitrin qiyməti ilə kassa qiyməti uyğun gəlmir. Belə olan təqdirdə isə müştərilərin son dərəcə ehtiyatlı olmaları tövsiyyə edilir.

Redaksiyamıza daxil olan növbəti müraciətlərindən biri də Tbilisi prospektində yerləşən BRAVO HİPERMARKETi ilə bağlıdır. Müraciətdə qeyd olunur ki, hipermarketdə qəribə olaylar baş verir: "Mən kolbasa-sosis məhsulları olan bölməyə yaxınlaşdım. Bəyəndiyim Soçi sosisini götürdüm, sonra kassaya yaxınlaşdım. Vitrində məhsulun qiyməti 5.89 AZN kimi qeyd edilmişdi (red.foto əlavə edilib). Kassada isə adam çox olduğundan heç kim heç bir məhsula baxmırdı, qiymətləri uzlaşdırmırdı. Mən isə təxmini olaraq ümumi qymətin fərqli olduğunu hiss etdim. Kassada çalışan gənc oğlana qiymətlərin kifayət qədər fərqli olduğunu dedim. Vitrində 5.89 AZN kimi göstərilən məhsulun kassada 7.35 AZN kimi vurulduğunun düzgün olmadığını, birbaşa cinayət olduğunu dedim. Sonra marketin işçisi ilə vitrinə yaxınlaşdıq, mənim dediklərim təsdiqləndikdən sonra müştəri xidmətlərinə yaxınlaşdıq. Orada da müəyyən oldu ki, qiymətlər həqiqətən fərqlidir. Bir məhsulda 1.46 AZN fərq qoyaraq gündəlik dövriyyəyə vursaq ortada fantastik məbləğ alınacaq. Hesab edirəm bu marketin rəhbərliyinin və ya təsisçilərinin ideyası deyil. Onlar belə xırda maxinasiyalara görə milyonlar yatırmayıblar ki. Bu digər marketlərdən BRAVOya transfer olunanların ənənəvi maxinasiyasıdır "

Bir məqamı da qeyd edək ki, İCMAL.az saytına Tbilisi prospektində yerləşən BRAVO HİPERMARKETi ilə bağlı daha bir müraciət daxil olub. Bu müraciət isə marketin daxilində yerləşən texnika şöbəsi ilə bağlıdır. Yaxın günlərdə dəqiqləşmə apardıqdan sonra yazını dərc edəcəyik.

İCMAL.az




RƏYLƏR