Braziliya prezidenti ürəyindən əməliyyat olunub

OXUNUB: 627 DÜNYA

Braziliya prezidenti Mişel Temer şənbə gününə keçən gecə ürəyindən təcili əməliyyat olunub.

Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

"Cümə günü gecə saatlarında prezident Mişel Temerin üç tac arteriyası angioplastika cərrahi üsulu ilə əməliyyat olunaraq ora stend qoyulub. Əməliyyat uğurlu keçib və dövlət başçısı Suriya-Livan Hospitalının Kardiologiya şöbəsində bərpa prosesi keçir", - deyə mətbuat xidmətindən əlavə olunub./report

 

İcmal.Az

RƏYLƏR